21/09/2015 15:27

“Streit”in yeni zirehli maşını – 4×4 “Gladiator”

“Streit Group” şirkəti DSEİ-2015 beynəlxalq müdafiə sərgisində özünün 4×4 təkər formuluna malik “Gladiator” zirehli maşınını təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, yeni zirehli avtomobil STANAG 4569 Level 2 müdafiə səviyyəsinə uyğundur.

“Gladiator” zirehli maşını sülhyaratma əməliyyatları, həmçinin şəhər şəraitində döyüşlər üçün nəzərdə tutulur.

Maşın 6 silindirli 7.2 L mühərriklə, ZF 6S 1000 altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz olunub. Maşının uzunluğu 6610 mm, eni 2420 metr, hündürlüyü 2977 mm, yanacaq çəninin tutumu 210 litr, döyüş radius 700 km-dir. “Gladiator” sürücü daxil olmaqla 12 əsgər daşıyır.