28/08/2019 15:08

Su-35 və Su-57-lərin Türkiyəyə idxalı barədə danışıqlar aparılır

Türkiyə və Rusiya arasında Su-35 və Su-57 döyüş təyyarələrinin Türkiyəyə idxalı barədə danışıqlar aparılır.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib ki, Türkiyəli həmkarı Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir ilə Su-35 və Su-57 qrıcılarının tədarük ehtimalı barədə danışıqlar aparacaqlar.

“Müqavilə imzalanması barədə görüşmələrin olub-olmayacağını demək tezdir. Türkiyə tərəfi hər hansı rəsmi təklif etməyib. Bundan əvvəl danışıqlar aparmaq üçün bir sıra görüşlər keçirməliyik”, – deyə Şuqayev əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rusiyaya rəsmi səfəri çərçivəsində MAKS-2019 sərgisinə qatılıb, Su-35 və Su-57 qrıcılarının xarakteristikası ilə tanış olub.