18/04/2017 16:21

Suda atəş açmaq üçün yeni patron yaradılıb

Norveçdə suda effektiv və daha uzun məsafə qət edən patronun yaradılması işləri yekunlaşıb.

“AzeriDefence”nin “militarytimes.com”a istinadən verdiyi məlumatına görə, Norveçin “DSG Technology” şirkətindən bildirilib ki, xüsusi texnologiya əsasında yaradılmış patronlar suda effektiv hərəkət edir və daha çox məsafədə hədəfi məhv edə bilir.

Bundan başqa həmin patronlar havada da öz təyinatı üzrə istifadə edilir.

Patronun yaradılması proqramı CAV-X adlandırılıb və işlər kavitasiya prinsipinə uyğun həyata keçirilib. Patron sanki hava kisəsində hərəkət edir.

Şirkətin mütəxəssisləri hesab edir ki, yaradılma prosesi genişlənərsə 155 mm-lik kalibrə qədər ölçüdə mərmi istehsalını reallaşdıra bilərlər.

CAV-X patronları volfram və latun örtüklü metaldan xüsusi dizaynla yaradılıb. Bu da güllənin uçuş zamanı sapmasının və kiçicik yayınmasının qarşısını alır.