31/12/2012 13:04

Səudiyyə Ərəbistanı Almaniyadan 30 ədəd “Dingo-2” alacaq

Səudiyyə Ərəbistanı Almaniyadan 100 milyon avro dəyərində 30 ədəd “Dingo-2” təkərli zirehli döyüş maşını almağı planlaşdırır. “AzeriDefence”nin məlumatına görə, bu barədə “Defense News” qəzeti məlumat yayıb.

“Dingo-2” Krauss-Maffei Wegmann (KMW) şirkəti tərəfindən istehsal olunur. Öz sinfində ən təhlükəsiz, qorunan, ekstremal ağır yol və iqlim şəraitində hərəkət edə bilən “Dingo” nüvə, bioloji və kimya müdafiəsi sistemi ilə təchiz edilib.

Məlumatda Almaniya hökumətinin müqaviləyə prinsip etibarilə “yaşıl işıq” göstərdiyi bildirilib.