15/02/2018 17:35

Sumqayıtda 5 ədəd top mərmisi aşkar olunub – FOTO

Fevralın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Sumqayıt şəhəri, “Beton zavod” adlanan ərazidə 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə fərdi yaşayış evinin qarşısına baxış keçirilib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 5 ədəd top mərmisi (boş) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.