09/01/2018 15:55

Suriya ordusu İsrailin döyüş təyyarəsini vurub

Suriya ordusu Livan sərhəddi yaxınlığında ölkənin hava məkanını pozan İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsini vurub.

“AzeriDefnce”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri paytaxt Dəməşq yaxınlığındakı Kalamun bölgəsində Bəşər Əsədə bağlı Silahlı Qüvvələrə məxsus silah-sursat anbarına havadan zərbələr endirib.

Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları hərbi bazaya zərbələr endirən İsrail döyüş təyyarələrindən birirni vurub.