02/12/2017 17:00

Suriyada İŞİD anbarlarindan ABŞ və Avropa istehsalı olan silahlar aşkarlanıb

Suriya ordusu Deyr əz-Zor vilayətində İŞİD terror qruplaşmasına məxsus anbarlarda ABŞ və Avropa ölkələrinin istehsalı olan çox sayda silah-sursat aşkarlayıb.

Bu barədə “AzeriDefence” SANA xəbər agentliyinə istinadən məlumat verib.

Bildirilib ki, silahlar Deyr əz-Zor vilayətinin əl-Aşara, Sübeyhan və əl-Salihiyə rayonlarında aşkar edilib.

Anbarlardan əsasən artilleriya qurğusu, müxtəlif raketlər, top mərmiləri və s. silah-surstlar tapılıb.

Qeyd edək ki, Suriya ordusu bundan əvvəl əl-Meyadin vilayətində İŞİD-ə məxsus anbarlardan ABŞ və Avropa istehsalı olan xeyli sayda silah-sursat aşkarlayıb.