06/11/2017 15:29

Suriyada minatəmizləmə əməliyatlarında iştirak edəcək ölkələrin adı açıqlanıb

Rusiya Suriya ərazisini minalardan təmizləyəcək dövlətləri müəyyən edir.

“AzeriDefence” “Qazeta.ru”ya istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Suriyada hərbi əməliyyatlar başa çatdıqdan sonra, ölkə ərazisini minalardan təmizləyəcək dövlətlərin adlarını açıqlayıb.

Nazir müavini bildirib ki, hazırda ən çətin məsələlərdən biri Suriya ərazilərinin minlardan təmizlənməsidir:

“Biz bunun üçün İran, Misir, Serbiya, Türkiyə, BƏƏ və Ermənistan Müdafiə Nazirliklərinin nümayəndələri ilə danışıqlar aparmışıq. Artıq Serbiya və Ermənitsan hazır olduqlarını bildiriblər. Həmçinin Çin istehkamçıları da onlara qoşula bilərlər. Bəzi ölkələr isə bu məsələdə maliyyə köməkliyi edəcəklər”, – deyə A.Fomin bildirib.