08/05/2018 10:47

Suriyada Rusiyaya məxsus Ka-52 helikopteri qəzaya uğrayıb

Suriyada Rusiyaya aid Ka-52 zərbə helikopteri qəzqaya uğrayıb.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, helikopter bir gün əvvəl Suriyanın şərq hissəsində qəzaya uğrayıb. Nəticədə 2 pilot həhal olub.

Faktı təsdiqləyən Müdafiə Nazirliyinin məlumatında pilotların cəsədlərinin “Xmeymim” bazasına aparıldığı bildirilir.

Qəzaya səbəb kimi ilkin ehtimal texniki nasazlıq hesab olunur.

Ancaq “Kommersant” qəzeti helikopterin daşınan ZRK ilə vurulduğunu yazıb.