09/12/2018 22:15

Tacikistan Çindən MRAP və zirehli personal daşıyıcılar alıb

Tacikistan sərhəd qoşunları Çin istehsalı olan VP-11 MRAP və “Tiger” zirehli personal daşıyıcılarını nümayiş etdirib.

NORINCO şirkətinin istehsalı olan VP-11 MRAP və Shaanxi Baoji Special Vehicles Company istehsalı olan “Tiger” zirehli personal daşıyıcı ilk dəfə nümayiş etdirilib.

Hər iki maşın Əfqanıstanla sərhəddə dağlıq Bədəxşan bölgəsində istifadə edilir.

Avtomobillər 2018-ci ildə alınıb.