12/10/2017 11:51

Tacikistan prezidenti MDB ölkələrinin müdafiə nazirləri ilə görüşüb

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon oktyabrın 12-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirləri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefrence”yə verilən məlumata görə, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.