18/05/2018 12:43

TAI şirkəti KADEX-2018 sərgisində iştirak edəcək

Türkiyənin TAI şirkəti 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 – silah sistemləri və kosmos texnologiyaları sərgisində müxtəlif hava platformalarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə TAI şirkətindən məlumat verilib.

Sərgidə orta hündürlükdə və uzaq məsafəyə (MALE) uça bilən “Anka” pilotsuz uçuş aparatı, “Hürkuş” yeni nəsil təlim təyyarəsi, Türkiyənin milli döyüş təyyarəsi və T625 yüngül çoxməqsədli helikopterin maketləri ziyarətçilərə təqdim olunacaq.

Məlumatda o da qeyd olunub ki, TAI üçüncü dəfə iştirak edəcəyi KADEX sərgisində Türk Respublikalarına başda “Anka” pilotsuz uçuş aparatı və “Hürkuş” yeni nəsil təlim təyyarəsi olmaqla yerli məhsullarını və onların qabiliyyətlərini tanıdaraq qlobal bazardakı yüksəlişini davam etdirmək niyyətindədir.