16/12/2017 13:45

TAİ şirkəti TF-X döyüş təyyarəsi ilə bağlı təklif verdi

Dekabarın 15-də Türkiyənin TAİ şirkətinə daxil olan TEI firması TF-X milli döyüş təyyarəsi layihəsi üçün Müdafiə Sənayesi Katibliyinə (SSM) təklif verib.

“AzeriDefence”nin “C4defence”yə istinadən verdiyi xəbərə görə, TAI şirkətinin hazırladığı TF-X mühərriki üçün keçirilən tenderin vaxtı ötən gün sona çatıb.

Bu günə qədər TEI xaric Böyük Britaniyanın “Rolls-Royce” və Türkiyənin “Kale Havacılık” şirkətkərinin qurduğu TAEC birgə firma təklif edir. ABŞ-ın “General Electric” şirkətinin hələ də təklifə cavab vermədiyi açıqlanıb.

“Eurojet” şirkətinin isə EJ200 mühərriki üçün təklif verməkdən imtina etdiyi bildirilib.

Qeyd edək ki, Türkiyə 2011-ci ildən təyyarə istehsalı ilə bağlı layihəyə start verib. Təyyarənin ilk təqdimatının 2023-cü ildə keçiriləcəyi planlaşdırılır.