25/11/2013 17:51

TAI şirkəti “Anka”nın üzərində silahları yoxlamağa başlayıb – ÖZƏL

Türkiyənin TAI şirkəti “Anka” pilotsuz uçuş aparatı (PUA) üzərində silahların tətbiqi ilə sınaqlar aparır. Bu barədə “AzeriDefence”yə müsahibəsində TAI şirkətinin baş direktoru Məhərrəm Dördqaşlı məlumat verib.

M. Dördqaşlı hazırda “Anka”nın üzərində silahların yoxlanıldığını desə də bunların hansı silah sistemləri olduğun açıqlamayıb.

Şirkət rəhbəri hazırda “Anka” ilə bərabər daha böyük bir PUA-nın hazırlandığın da söyləyib.

“Biz “Anka”nı İSR məqsədi ilə hazırladıq. İndi “Anka”nın bazasında “Ankanın abisi” deyilə biləcək daha böyük PUA üzərində işləyirik. Bu PUA üzərinə silah inteqrasiya etmək imkanımız var”, – deyə şirkət rəhbəri vurğulayıb.

Dördqaşlı “Anka”nın təkmilləşmiş versiyasının peyk vasitəsi ilə idarə olunacağını bildirib.