02/10/2016 20:37

“Taipan” döyüş modulu AZCAN zirehli maşını üzərində – FOTO

taipan-Azcan (1)

Ukraynanın “SpetsTehnoEksport” müəssisəsi ADEX-2016 sərgisində AZCAN Azərbaycan-Kanada birgə müəssisəsinin istehsal etdiyi nəqliyyat vasitəsinin üzərində özünün “Taipan” adlı döyüş modulunu nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, “Taipan” döyüş moduluna əsas silah olaraq bir ədəd iki lüləli 23 mm, yardımçı silah olaraq bir ədəd 7.62 (yaxud 12.7 mm) mm çaplı pulemyot, yaxud 30 mm çaplı qumbaraatan qurğusu daxil edilə bilir.

“Taipan” 23 mm çaplı pulemyotla 1.8 km məsafədə hədəflərə effektiv atəş aça bilir. Döyüş modulunun çəkisi 350 kiloqramdır. Modulun maşından 500 metr kənar məsafədən idarə olunması mümkündür.

taipan-Azcan (2)

 

Xəbər Lenti