24/07/2013 12:52

Talisman bort müdafiə kompleksinin sınaqları tamamlandı

Belarusun Oboronnıe inistiativ (Müdafiə Təşəbbüsləri) şirkəti “Talisman” adlı təyyarə bort müdafiə kompleksinin yerüstü və uçuş sınaqlarını başa çatdırıb. Bu barədə “AzeriDefence”yə Oboronnıe inistiativ şirkətinin direktor müavini Vladimir Melikayev məlumat verib.

Sınaqlarda “Talisman” rəqibin qırıcı-tutucu təyyarələrindən yeni müdafiə imkanlarını yerinə yetirib. Həmçinin rəqibin qırıcı təyyarələrinin radioelektron mübarizə vasitələrinin yatırılması imkanları sınaqdan keçirilib.

Sınaqların gedişatında “Talisman”la təchiz olunmuş MiQ-29 təyyarəsinin 5 km və daha uzaqlıqda rəqibin təyyarələrinin bort RLS-inə müəyyən olunmadığı təsdiqin tapıb. “Talisman” sistemi təyyarə-daşıyıcı üçün elektron görünməzlik (electronic stealth) prinsipini reallaşdırır.

V. Melikayevin sözlərinə görə, “Talisman” bort müdafiə kompleksinin yeni imkanları MiQ-29 və Su-25 tipli təyyarələri rəqibin təyyarələri üçün görünməz edir və öz döyüş potensialını tamamilə reallaşdırmağa icazə verir.

Qeyd edək ki, “Talisman” bort müdafiə kompleksi Oboronnıe inistiativ şirkətinin aykido konsepsiyasına əsaslanır.