14/04/2012 10:18

Tanınmış Amerika şirkəti yeni tapançasını təqdim edib

Amerikanın atıcı silah istehsalçılarından olan “Smith & Wesson” şirkəti aprelin 12-də özünün polimer gövdəli yeni məhsulu olan, kiçik ölçülü M&P SHIELD markalı tapançasını təqdim edib. Bu barədə “AzeriDefence” “Smith & Wesson” şirkətinin saytına istinadən məlumat verib.

Tapança etibarlılıqla yanaşı incə dizayn xüsusiyyətlərinə malikdir ki, bu da onun daşınmasını asanlaşdırır.

Tapançanın iki modeli mövcuddur. Tapançanın darağının tutumu 6-7 güllə, lüləsinin uzunluğu 7,874 sm, ümumi uzunluğu 15.5 sm, çəkisi 538,7 qramdır.