11/01/2017 17:01

Tayland Ukrayna tanklarından imtina etdi: Saziş birtərəfli qaydada dayandırıldı

Tayland Ukraynadan “Oplot” tanklarının satınalmasına dair razılaşmanı birtərəfli qaydada ləğv edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı Taylandın müdafiə naziri Pravita Vonqsumona verib.

O bildirib ki, Ukrayna tərəfi üzərinə düşən öhdəliyi yerinə yetirməyib. 2011-2017-ci illər ərzində Taylanda təhvil verilməli olan “Oplot” tankları sifarişçiyə çatdırılmayıb. Yalnız ötən il Ukrayna tankların 20 ədədini Taylanda təhvil verə bilib.

Ümumilikdə isə Ukrayna Taylanda 49 tank çatdırmalı idi.

Bir neçə gün əvvəl isə Taylandın hərbi satınalmalara dair komitəsi Ukrayna ilə müqaviləni dayandırıb və Çinin VT-4 tanklarının alınması ilə bağlı təklifi dəyərləndirib.

Əldə olunan razılaşmaya əsasən Tayland Çindən 28 ədəd qeyd olunan modeldə tanklar alacaq.