14/11/2017 17:38

Tayvan ABŞ-dan patrul təyyarələri alıb

Tayvan ABŞ-dan sifariş etdiyi P-3C “Orion” patrul təyyarələrinin hamısını təhvil alıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Tayvan sualtı müdafiə qabiliyyətini artırmaq üçün ABŞ-dan 12 ədəd P-3C “Orion” patrul təyyarələrinin hamısının təhvil aldığını açıqlayıb. Cari ilin dekabr ayında keçiriləcək rəsmi mərasimlə patrul təyyarələrinin xidmətə başlayacağı bildirilib. P-3C “Orion” patrul təyyarələri, 40 ildən çox xidməti fəaliyyətini davam etdirən 11 ədəd S-2T donanmasını əvəz edəcək.

2007-ci ildə imzalanan satış müqaviləsinin dəyəri 1.9 milyard ABŞ dolları təşkil edib. Dörd turboprop motorlu, çox funksiyaslı P-3C “Orion” patrul təyyarələri Tayvan Hərbi Hava Qvvələrində sualtı müdafiə və müşahidə əməliyyatlarında xidmət edəcək.