26/08/2019 16:23

Tayvan antiradar “gəzən sursat”ını təqdim edib

Tayvanın Milli Chung-Shan Elm və Texnologiya İnstitutu (NCSIST) “Chien Hsiang” adlı antiradar təyinatlı “gəzən sursat”ının ilk versiyasını nümayiş etdirib.

“AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, nümayiş 15-17 avqust tarixərində Taypeydə baş tutmuş Taypey Aerokosmik və Müdafiə Texnologiyaları Sərgisi (TADTE) zamanı həyata keçirilib.

“Chien Hsiang” (“Yüksələn Qılınc”) İsrail Aerokosmik Sənayesi (IAI) tərəfindən istehsal olunan “Harpy” “gəzən sursat”ına bənzəyir. Delta qanad dizaynına əsaslanan sursatın buraxıcı qurğusu təkərli nəqliyyat vasitəsi üzərinə yerləşdirilib. Bir maşın üzərində 12 ədəd “Chien Hsiang” yer alır.

Silahın orta və böyük ölçülü radar sistemini məhv edə bilən yüksək partlayıcı döyüş başlığı ilə təchiz edildiyi bildirilib.