02/12/2017 23:57

Tehranda Azərbaycan və İran sərhəd mühafizəsi rəhbərlərinin iclası keçiriləcək

Dekabrın 3-də Tehranda  İran və Azərbaycanın sərhəd mühafizəsi rəhbərlərinin 10-cu iclası keçiriləcək. “AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumata görə, bunu  İran Sərhəd Qoşunlarının komandanının beynəlxalq məsələlər üzrə müavini general Xəlil Qasimnejad deyib.

Onun sözlərinə görə, iclasın keçirilməsində məqsəd iki ölkənin sərhədçiləri arasında mövcud əməkdaşlıq səviyyəsinin inkişaf etdirilməsidir.

İclas İranın Sərhəd Qoşunlarının komandanı, general Qasem Rza və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin həmsədrliyi ilə keçiriləcək.

İclasda 2015-ci ildə Bakıda keçirilən 9-cu iclas çərçivəsində qaldırılan məsələlərin reallaşdırılması da müzakirə olunacaq.