29/05/2018 18:07

Tehranda Xəzər dənizində təhlükəsizliyə dair iclas keçirilir

Tehranda Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi və əməkdaşlıq perspektivləri üzrə üçüncü iclas keçirilir.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi xəbərə görə, beş Xəzəryanı ölkə – Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın iştirakı ilə keçirilən 2 günlük iclasda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin, Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycanın Tehrandakı səfirliyinin nümayəndələri təmsil edir.

İclasda Xəzərdə gəmiçilik sahəsində təhlükəsizliyin gücləndirilməsi üçün saziş layihəsi müzakirə olunur.

Qeyd edək ki, ikinci iclas ötən il Türkmənistanda keçirilmişdi.