13/03/2018 11:45

Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.