23/09/2015 10:45

Termal kanalı olan yeni avadanlıq yaradılıb

Rusiyanın “Rostex” Dövlət Konserninə daxil olan “Şvabe” (Швабе)  şirkəti termal kanalı olan yeni avadanlıq yaradıb.

“AzeriDefence”nin məlumatına görə, yeni məhsul ilk dəfə olaraq Rusiyanın Nijniy Taqil şəhərində keçirilən RAE-2015 sərgisində nümayiş olunub.

Avadanlıq ağ və qara videosiqnalları əldə edən elekto-optik monoblok təchiz edilib.

Qurğuda hədəfin icmalının verilməsi sistemi də var ki, bu da təyyarə, helikopter, o cümlədən yerüstü pilotsuz avadanlıqlarda istifadə edilə biləcək.

Yeni avadanlıq infraqırmızı diapazonda da şəkli müyyənləşdirə bilir.

Mütəxəssislər bildiriblər ki, avadanlıqdakı sistem termalvizion kanal vasitəsilə informasiya mübadiləsini həyata keçirə də biləcək.