07/11/2017 18:51

“Terminator”un dəbilqəsi gerçəyə çevrilir – FOTO

Yaponiyanın DEVTAC şirkəti “Ronin” adı verilmiş “gələcəyin əsgəri”nin baş geyimi dəstini hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, xüsusi dizayn əsasında hazırlanmış baş geyimi “Terminator” fantastik filimindəki döyüşçünün dəbilqəsinə bənzəyir.

Modulyar, çıxarıla bilən hissələrdən ibarət baş geyiminin əsas hissəsi kevlar materialdan hazırlanıb, başı və boynu tam olaraq qoruyur.

Baş geyimi dəstinə ballistik eynək, rabitə vasitələrinə birləşdirilmişı qulaqçıq, arxa hissədə yerləşən enerji bloku daxildir. Dəbilqənin üzərinə gecəgörmə cihazları, infraqırmızı fənər yerləşdirmək imkanları var. Baş geyimi hazırda seriyalı istehsalda olmasa da, şirkət onun testlərini davam etdirir.

Şirkət mütəxəssilərinin sözlərinə görə baş geyimi eyni zamanda sifəti yanmadan, böyunu və çənəni zərbələrin təsirindən qoruyur. Level IIIA səviyyəsində qorumanı təmin edən baş geyimi istifadəçiyə 160 dərəcə bucaq altında görünüş təmin edir, 44 Maqnum güllələri saxlayır. Dəbilqə taxılıb-çıxarılan 19 hissədən ibarətdir. Hazırda “Ronin” baş geyimi xüsusi təyinatlı qüvvələr tərəfindən test edilir.

Qeyd edək ki, bu dəbilqə DEVTAC şirkəti tərəfindən Taylandda keçirilən beynəlxalq sərgidə nümayiş etdirilir.