04/09/2016 23:33

“Terminator”un silahı gerçək olur – FOTOLAR – VİDEO

Amerikada fəaliyyət göstərən “Empity Shell” şirkəti M134 “Minigun” iş prinsipinə malik XM556 adı verilmiş yüngül atıcı silah hazırlayıb.

“AzeriDefence”nin şirkətin saytına istinadən verdiyi məlumata görə, XM556 “Microgun” pulemyotu 5.56mm NATO patronlarından istifadə edir. Öz ölçülərinə görə pulemyot ordunun istifadəsində olan pulemyotlardan daha yığcamdır.

İstehsalçı şirkət bu yeni silah platformasının sıfırdan hazırlandığını, silahın atış sürətinin sələfi ilə müqayisədə xeyli azaldığını, XM556 üçün xüsusi çaxmaq yaradıldığını qeyd edib. Silahda M134-lərdə olan bir çox problemlər həll edilib.

Silahın lüləsinin uzunluğu 10 və ya 16 düym, silahın ümumi uzunluğu 55 sm, diametri 23 sm, çəkisi 7 kq, tezatma qabiliyyəti dəqiqəyə 2000-dən 4000-dək atışdır. Silah M27 lentindən qidalanır və 24V enerji ilə işə düşür.