30/04/2016 10:09

Tərtərdə iki erməni hərbçisi öldürüldü

Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan Ordusunun iki hərbi qulluqçusu aprelin 30-da baş verən döyüşdə öldürülüb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə erməni mediası məlumat yayıb.

Erməni hərbçiləri Tərtər rayonunun işğal altında olan Talış kəndi yaxınlığında baş vermiş döyüşdə öldürülüblər.

Məlumatlara görə, məhv edilmiş hərbçilər 1997-ci il təvəllüdlü əsgər Qarik Mnatsakanoviç Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Henrixoviç Arutyunyandır.

V.Autyunyanın aprel ayında könüllü olaraq cəbhəədə döyüşməyə gəldiyi qeyd olunur.