20/01/2018 20:53

Tərtərdə su kanalından F-1 əl qumbarası aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyə (ANAMA) yanvarın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən Tərtər rayonu, Ələsgərli kəndi ərazisində 1 ədəd əlqumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Tərtər rayonu, Ələsgərli kəndi ərazisində su kanalına baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.