21/05/2018 15:23

“Texmaş” KADEX-2018-də yeni nəsil sursatlarını nümayiş etdirəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Texmaş” konserni 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində yeni nəsil sursatlarını nümayiş etdirəcək.

“Texmaş”dan “AzeriDefence”yə verilən məlumata görə, konsernin stendində təqdim olunan məhsullar arasında əsas yeri 80 mm-lik S-8 OFP indeksli idarə olunmayan qəlpə-fuqas döyüş başlıqlı aviasiya raketi tutacaq. S-8 OFP raketi tək və qrup halında olan hədəflərin – canlı qüvvə, zirehsiz və ya yüngül zirehli texnikanın açıq və qapalı sahədə məhv edilməsi üçün nəzərdə tutulub. Bundan başqa raket istənilən hava şərtlərlərdə gəmiləri vura bilir. S-8 OFP raketi döyüş təyyarələri və döyüş helikopterlərinə inteqrasiya olunur.

“Texmaş” konserni sərgidə həmçinin TOS-1A “Solnsepyok” ağır odsaçan sistemi üçün yaradılan termobarik döyüş başlıqlı idarə olunmayan reaktiv mərmini nümayiş etdirəcək. Raket düşmənin canlı qüvvəsini, açıq və qapalı atəş mövqelərini məhv etmək, həmçinin, yüngül texnika və nəqliyyat vasitələrinin sıradan çıxarılması üçün nəzərdə tutulub. 220 mm-lik idarəolunmayan reaktiv mərmilərinin atış məsafəsi 6 km-ə qədərdir. Mərmilər hədəfin səthinə dəyən zaman raketin başlığında olan maddə partlayıb, alovlanmağa başlayır. Beləliklə, geniş həcmli partlama baş verir. Nəticədə yaranan əsas dağıdıcı amillər – yüksək hərarətli sahə və zərbə dalğası 40 min kvadrartmetrə qədər əraziyə yayılır.

Bundan başqa “Texmaş” stendini ziyarət edənlərə Qazaxıstanın D-81 tank topu üçün hazırlanmış 125 millimetr çaplı 3VBK16 mərmisi təqdim ediləcək. Sursat zirehli hədəflərin, mühəndis-istehkam qurğularının, minaatan, raket və digər artilleriya mövqelərinin məhv edilməsi üçün nəzərdə tutulub.

Sərgidə 2A65 haubitsası və 2S19-un özüyeriyən haubitsasına dəstləşdirilən qəlpə-fuqas döyüş başlıqlı 3VOF58 mərmisi nümayiş olunacaq. Sursat əsasən artilleriya və minaatan batareyaların məhv edilməsi üçün hazırlanıb.

Eksponatlar arasında S-8KOM idarə olunmayan aviasiya raketi yer alacaq. Kumulyativ döyüş başlığı ilə təchiz edilmiş mərmi zirehli texnika, V-429 və UDV-60 partladıcıların sıradan çıxarılması üçün nəzərdə tutulub.