31/01/2012 13:53

“Texnoloqii vı maşinostroenii – 2012” Beynəlxalq Forumu

İyunun 27-dən iyulun 1-dək Rusiyanın Moskva vilayətinin Jukovskiy şəhərində ikinci “Texnoloqii vı maşinostroenii – 2012” Beynəlxalq Forumu keçiriləcək. AzeriDefence saytının məlumatına görə, “Rusiya” nəqliyyat-sərgi kompleksinin ərazisində keçiriləcək forum Rusiyanın Sənaye və Ticarət Nazirliyinin, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və “Rostexnologiyi” Dövlət Konserninin təşkilatçılığı ilə baş tutacaq. Forum çərçivəsində “Maşpromekspo” və “Oboronekspo” Beynəlxalq sərgilərin keçirilməsi nəzərdə tutulur.

Sərgiyə Azərbaycandan da nümayəndə heyətləri dəvət olunur.

Forum haqqında ətraflı məlumatları www.forumtvm.ru saytından əldə etmək olar.