02/10/2019 16:21

TF-X təyyarəsi və “Akıncı” PUA hədəfi SOM-J raketi ilə vuracaq

Türkiyənin TÜBİTAK SAGE mərkəzi və ROKETSAN şirkəti tərəfindən hazırlanan SOM-J raketi TF-X milli döyüş təyyarəsi və “Akıncı” taktik pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TÜBİTAK SAGE məlumat yayıb.

SOM-J raketi “hava-səth”, xüsusilə də güclü qorunan hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl SOM-J raketləri F-35 təyyarələrinə inteqrasiyasa edilib. Hazırda SOM-J raketi F-16 döyüş təyyarəsində sınaqdan keçirilir. Habelə dost və müttəfiq ölkələrə SOM-J raketinin ixrac potensialı ilə bağlı müzakirlər aparılır.

150 dəniz milindən artıq mənzilə sahib SOM-J raketi yüksək dəqiqliyə malikdir. İnfraqırmızı görüntüləyici özütuşlanan başlığa sahib raketin uçuş sırasında hədəfi tanıma, həmçinin “şəbəkə dəstəkli sursat” xüsusiyyəti mövcuddur. Raketin uzunluğu təxminən 4 metr, ağırlığı 500 kq təşkil edir. SOM-J raketi 140 kq ağırlığında qəlpəli və ya zirehdələn döyüş başlığı daşıyır.