12/09/2013 05:25

THALES UK şirkəti SOPHIE Lite adlı yeni nəzarət və hədəf axtarış sistemini təqdim edib

THALES UK şirkəti SOPHIE Lite adlı yeni yüngül, çox funksiyalı nəzarət və hədəf axtarış sistemini təqdim edib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə THALES şirkəti məlumat yayıb.

Çəkisi 1.6 kq təşkil edən SOPHIE Lite hərbi və mülki istifadəçilər tərəfindən müxtəlif əməliyyatlarda istifadə oluna bilər.

Sistemə termal kamera, TV/Yaxın İnfraqırmızı sensor, yüksək performannslı lazer məsafə ölçən, rəqəmsal kompas və GPS daxildir.