27/08/2016 15:47

“Tiqr” zirehli avtomobili 30 mm-lik topla silahlandırılır

Rusiyanın “Hərbi Sənaye Şirkəti” (VPK) “Tiqr” zirehli avtomobilinin 30 mm çaplı topla silahlandırılmış distans döyüş modulu ilə komplektləşdirilmiş nümunəsini təqdim edib.

“AzeriDefence”nin TASS agentliyinə istinadən verdiyi məlumata görə VPK şirkətinin baş direktoru Aleksandr Krasovski bildirib ki, yeni döyüş modulu kabinənin içindən idarə olunur.

“Bu “Tiqr” avtomobili üçün yenilik olacaq” – deyə o, qeyd edib.

Agentliyin məlumatına görə avqustun 26-da “Tiqr” zirehli avtomobilinin yeni döyüş modulu ilə atışları gerçəkləşdirilib.