22/10/2012 14:22

TİSAŞ ABŞ-a 9 min tapança ixrac edəcək

Türkiyənin TİSAŞ (Trabzon Silah Sanayi AŞ) şirkəti bu ilin sonuna ABŞ-a 9 min tapança ixrac edəcək. “AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə TİSAŞ şirkətinin idarə heyətinin sədri Əhməd Aləmdaroğlu bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, illik istehsal gücü 50 min tapança olan TİSAŞ silahların böyük hissəsini ixrac edir.

TİSAŞ qarşıdakı illərdə ABŞ-a ixracatı 25 min ədədə çıxarmağı planlaşdırır.

Hazırda TİSAŞ istehsalı olan tapançalar Azərbaycan da daxil olmaqla 30 ölkəyə ixrac olunur.