02/03/2012 17:34

TOW raketləri üçün yeni mühərrik

“Raytheon” şirkəti TOW (Tube-Launched, Optically-Tracked, Wireless) tank əleyhinə raketləri üçün yeni mühərrikləri sınaqdan keçirib. “AzeriDefence”nin “Raytheon” şirkətinin saytına istinadən verdiyi məlumata görə, ATK şirkətinin hazırladığı yeni mühərrik raketin uçuş uzaqlığını iki dəfə və sürətinin əhəmiyyətli dərəcədə artırıb.

Yeni mühərriklə TOW 7 kilometrdən uzaq məsafədə hədəflərə qarşı tətbiq oluna biləcək.

ATK istehsalı olan yeni mühəərrik raketin xarici təsirlər nəticəsində partlama riskini minimallaşdırıb.

Qeyd edək ki, hazırda TOW dünyanın 40-dan artıq dövlətinin silahlanmasında yer alır. Bu raket kompleksləri dayaqdan əlavə avtomobil və helikopterlərdə də qurula bilir.