04/01/2017 18:53

Trampın şərəfinə qızıl tapança hazırlanıb -FOTO

“Cabot Guns” şirkəti klassik M1911 tapançasının yeni kolleksiya modelini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, yeni model ABŞ-ın yeni prezidenti Donald Trampın şərəfinə hazırlanıb. Tamamilə qızılla örtülmüş tapança “45” şəklində oyma naxışlarla bəzədilib. “Cabot Guns Trump 45” adlanan silahın çapı barədə məlumat verilmir.

Qeyd edək ki, adıçəkilən şirkətin kolleksiya modelləri arasında meteorit ərintisindən, Dəməşq poladından və digər məmulatlardan hazırlanmış tapançalar yer alır.