25/11/2016 20:10

TRG-122 idarə olunan raketlər gələn il Türk Ordusunun silahlanmasına daxil olacaq

ROKETSAN şirkəti tərəfindən hazırlanmış TRG-122 idarə olunan 122 mm çaplı raketlər 2017-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.

Hazırda raketin atış testləri davam edir.

Qeyd edək ki, T-122 “Sakarya” sistemindən atış üçün hazırlanmış TRG-122 idarə olunan raketləri GPS və İNS naviqasiyasına malikdir. Bu raketlərklə 35-40 km məsafədə hədəfləri 10 metr dəqiqliklə məhv etmək mümkün olacaq.