30/01/2019 17:36

TTM-də “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Yanvarın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Öncə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni oxunub. Tədbirdə çıxış edənlər kursu bitirən məzunları leytenant ilk zabit rütbəsinə layiq görülmələri münasibətilə təbrik edərək onlara xidmətdə uğurlar arzulayıblar. Sonda kursu müvəffəqiyyətlə bitirən kursantlara leytenant poqonları və sertifkatlar təqdim olunub.