22/09/2017 16:40

“TurAz Qartalı – 2017” təlimlərinə döyüş helikopterləri də qoşulub – FOTO – VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilb.

Təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17 və Sikorski S-70 helikopterləri iştirak edir.

Qeyd edək ki, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.