09/09/2019 19:57

“TurAz Qartalı – 2019” təlimləri davam edir – VİDEO

“TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi aviasiya vasitələrinin uçuşları davam edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, təlim iştirakçıları qarşıya qoyulmuş döyüş tapşırıqlarını icra edirlər.

Qeyd edək ki, sentyabrın 2-dən 16-dək keçirilən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.