09/09/2017 13:39

“Turaz Qartalı/Şahini” təlimləri bərpa olunacaq

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı/Şahini” hərbi təlimləri bərpa olunacaq.

Bu barədə “AzeriDefence”yə açıqlamasında Türkiyə Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, təlimlər növbəti tədris ilinin planına salınacaq.

“Hər bir təlimin keçirilməsi bir günün, iki günün işi deyil. Proqrama salınmalı, iştirakçı tərəflərin qatılımı ilə planlamalar keçirilməlidir”, – deyə Nazirlik nümayəndəsi qeyd edib.

Türkiyə hərbi rəsmisinin sözlərinə görə, təlimlər 2016-cı ilin iyul ayının 15-də baş tutmayan hərbi çevrilişdən sonra orduda aparılan təmizləmə ilə əlaqədar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ötən ilin dekabr ayında keçirilən Yüksək Səviyyəli Hərbi Dialoq iclasında məsələ gündəmə gətirilib.

“Turaz Qartalı/Şahini” təlimi Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin bir hissəsidir və 2014-cü ilin sentyabr ayından keçirilməsinə başlanıb. Bununla bərabər, hər ik iki ölkənin Quru Qoşunları və Xüsusu Təyinatlı Qüvvələrinin iştirakı ilə Azərbaycanda vəə Türkiyədə taktiki təlimlər keçirilir.