07/09/2018 16:03

“TURAZ Şahini – 2018” təlimləri davam edir – VİDEO

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-də başlayan “TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimləri davam edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlər sentyabrın 14-dək davam edəcək.