18/03/2018 13:09

Türk Ordusu Afrini terrrorçulardan azad etdi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun bölmələri Suriyanın Afrin şəhərini PYD/PKK terroçularından azad edib.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Şəhər bu gün – əməliyyatın 58-ci günündə terrorçulardan təmizlənib. Şəhərin müxtəlif yerlərində terrorçulara aid depolardan böyük həcmdə silah və sursat qənimət olaraq ələ keçirilib.

Afrin əməliyyatında iştirak edən bir çox hərbçilər sosial media səhifələrində azad edilmiş şəhərdən görüntüləri paylaşıblar.

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində yerli vaxtla 08:30-dan etibarən nəzarətin tamamilə ələ keçirildiyi Afrin şəhərində təhlükəsizlik qüvvələri strateji əhəmiyyətli binalara daxil olub. Şəhərin mərkəzində hökumət binasına Türk bayrağı sancılıb. Hazırda Afrin şəhərinin mina və əldə qayırma partlayıcılardan təmizlənməsi prosesi həyata keçirilir.

“Zeytun budağı” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin 46 hərbçisi şəhid olub, 225 nəfər yaralanıb. Əməliyyat müddətində 3603 terrorçu məhv edilib.