26/02/2015 14:58

Türk Ordusu Azərbaycan silahını seçdi – EKSKLÜZİV

Müdafiə sənayemizdən ixracat həmləsiAzərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi tenderin qalibi olub. Bu barədə “AzeriDefence”yə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, müqavilə Türkiyə SQ-nin xüsusi təyinatlılarına RPQ-7 qumbaraatanlarının çatdırılmasını nəzərdə tutur. Müqavilə üzrə MSN bu il Türkiyə SQ-nin nəzərdə tutulan sayda qumbaraatanla təchiz edəcək.

Y. Camalov qeyd edib ki, Azərbaycan istehsalı olan RPQ – 7V2 “Qaya” qumbaraatanları Türkiyənin müvafiq qurumunun sınaqlarından uğurla keçib.

“Bu silah hazırda ordumuzun silahlanmasında yer alır. Hətta bəzi göstəricilərinə görə digər ölkələrdə istehsal edilən RPQ-7-ləri də üstələyir”, – deyə nazir vurğulayıb.