04/01/2017 21:10

Türkiyə Ordusu bu il 19 min MPT-76 avtomatı alacaq

mpt

Türkiyə Silahlı Qüvvələri 2017-ci ildə 19000 ədəd MPT-76 avtomatı alacaq.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Silahın artıq seriyalı istehsalı başlayıb. Sifariş verilmiş 19500 tüfəngdən 500 ədədlik ilk partiya 2016-cı ilin noyabr ayında təhvil verilib.

7.62×51 mm çaplı avtomatın çəkisi 4.1 kq, darağının tutumu 20 patron və effektiv atış məsafəsi 600 metr, atış tempi dəqiqədə 700 güllədir.

Xəbər Lenti