30/01/2018 13:38

Türk Ordusu “Zeytun Budağı” əməliyyatında 203 mm-lik özüyeriyən haubistlardan istifadə edib – FOTO

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunda terrorçuları zərərsizləşdirmək məqsədilə apardığı “Zeytun Budağı” əməliyyatında 203 mm-lik özüyeriyən haubistlardan istifadə edib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Ordusu döyüş əməliyyatı zamanı terrorçulara qarşı özünün ən güclü artilleriya silahlarını cəlb edib.

Türkiyə Silahlı Qüvvələri bu dəfə döyüş əməliyyatında ABŞ istehsalı olan 203 mm-lik M110A2 özüyeriyən habubistalardan istifadə etməyə başlayıb. 5 heyətə malik M110A2-nin uzunluğu 10 metr, ağırlığı 28 ton, mərmilərinin çəkisi isə 92 kq təşkil edir. 23 km məsafədə yerləşən hədəfləri vurmaq imkanına sahib olan haubitsanın atış məsafəsini 30 km-ə qədər artırmaq olur. 405 at gücündə dizel mühərriki ilə təchiz olunan özüyeriyən haubitsanın gediş ehtiyatı 520 km-ə qədərdir.

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Suriyanın şimal qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də başlayan “Zeytun Budağı” əməliyyatı hazırda davam edir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün üçün yaydığı məlumatda bildirilir ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatında 649 terrorçu zərərsizləşdirib.