11/10/2012 05:59

Türk Ordusunun Lazer Hədəf İşarələyiciləri ASELSAN-dan

ASELSAN Türkiyə Silahlı Qüvvələrini Lazer Hədəf İşarələmə Sistemi ilə təchiz edəcək. Bu barədə “AzeriDefence” ASELSAN şirkətinin saytına istinadən məlumat verib.

Milli Müdafiə Nazirliyi ilə ASELSAN arasında bununla bağlı dəyəri 9 milyon 200 min TL olan müqavilə imzalanıb. İstehsalçı şirkət müqavilə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə ehtiyac duyulan Lazer Hədəf İşarələmə Sistemini tədarük edəcək.