11/09/2018 18:22

Türk Ordusunun şəxsi heyəti 15 sentyabr tədbirində iştirak edəcək

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümünə həsr olunmuş geniş tədbirdə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də iştirakı planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə Türkiyənin Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimə Türkiyə Silahlı Qüvvələrinin bölükləri qatılacaq.

Qeyd edək ki, bayram tədbirini eyni zamanda Türkiyənin “Mehteran” bölüyü tarixi hərbi marşlarla müşaiyət edəcək. Marş sədaları altında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə 1918-ci ildə yaradılmış Qafqaz İslam Ordusunun süvari və piyada uniformalarında hər iki ölkənin ordu bölmələri “Azadlıq” meydanına daxil olacaq. Daha sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri “Azadlıq” meydanı üzərində uçuş edəcək.