23/01/2018 20:22

Türk pilot Afrində 20 metr yüksəklikdən hədəfi məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal qərbindəki Afrin bölgəsində apardığı “Zeytun Budağı” əməliyyatında türk pilot dünya müharibə tarixinə keçəcək bir risk edərək inanılmazı bacarıq nümayiş etdirib.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Afrində PYD terrorçularına məxsus tuneli vurmaq istəyən türkiyəli pilot hədəfi yuxarıdan bomba buraxmaqla vura bilməyəcəyi üçün, yerə 20 metrə qədər yaxınlaşaraq hədəfi məhv edib.

Belə ki, pilot Afrindəki terrorçular tərəfindən, içi silah anbarı halına gətirilən bir dağı vurma tapşırığı alıb. Lakin, anbar dağın altındakı tuneldə olduğu üçün yuxarıdan buraxılacaq bir bomba işə yaramazdı. Ağlındakı manevri gerçəkləşdirmək üçün nəzərdə tutulan müddəti də xeyli məhdud olan pilot bu nöqtədə bir risk almağı üstün tutub.

“30 saniyə ərzində qərar verməsi lazım idi. Və pilot hərəkətə keçdi. Pilot, silah anbarının ağzına lazerlə işarə qoydu. Atəş açmağı üfüqi olaraq görməsi lazım idi. Anbarının ağzını tam olaraq görmək üçün sürətlə alçaldı. İstədiyi məsafəyə gəldiyi yerdən yalnız 20 metr yüksəkdə. Bu böyük riskə baxmayaraq hər şey yolunda getdi. Üfüqi olaraq atılan raket tam dəqiqliklə hədəfi vurdu. Belə ki, təpənin arxasına açılan digər girişdən də tüstü dumanı yüksəldi”, – deyə məlumatda bildirilib.