30/12/2014 06:59

Türk polisi “Canik-TP-9SF” tapançasını seçdi

Türkiyə Əmniyyət Baş İdarəsinin 25 min ədəd polimer gövdəli tapançanın satın alınmasına dair keçirdiyi tenderi “Samsun Yurt Savunma Sanayi” şirkəti qazanıb.

“AzeriDefence”nin məlumatına görə, şirkət müqavilə çərçivəsində Türk polisinə 25 min ədəd “Canik TP-9SF” markalı tapança verəcək.

“Samsun Yurt Savunma Sanayi” şirkətinin baş direktoru Utku Aral bildirib ki, “Canik TP-9SF” açıq təklif üsulu ilə keçirilən tenderdə 15 min atışlıq müqavimət testini uğurla tamamlayıb. Testlərdə ən yaxşı performansı sərgiləyib.

“TP seriyalı tapançalar dünyada da maraqla qarşılanan silahlardandır. Bu seriyalı tapançalar bazara 2012-ci ildə buraxılıb. Bu il həmin seriyadan TP-9SA və TP-9SF versiyaları hazırlanıb. Polimer gövdəli TP-9 tapançaları iynə atış sisteminə sahibdir”, – deyə şirkət rəhbəri vurğulayıb.